Abbas Muxtarzadə Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri təyin edilib.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev sərəncam imzalayıb.
Xatırladaq ki, sentyabrın 28-də Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin sabiq rəhbəri Bəxtiyar Əsgərov vəzifəsindən azad edilib.
