Qara dəniz sahillərində gəmilərə endirilən hava zərbələri nəticəsində Azərbaycan vətəndaşları xəsarət alıblar
Oktyabrın 12-dən 13-nə keçən gecə Qara dənizin Bolqarıstan sahillərində kommersiya gəmilərinə endirilən hava zərbələri nəticəsində Ukrayna və Azərbaycan vətəndaşları xəsarət alıblar.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa sosial media hesablarında məlumat yayıb.
O, həmçinin Qara dənizin qlobal ərzaq təhlükəsizliyi üçün həyati əhəmiyyətli bir arteriya olduğunu vurğulayıb.
