Hava gəmisi heyətinin uçuş vaxtı, iş vaxtı və istirahət vaxtı tənzimlənəcək

A- A A+

Milli Məclisin oktyabrın 13-də keçirilən plenar iclasında Əmək Məcəlləsində və “Aviasiya haqqında” Qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

NUHCIXAN xəbər verir ki, təqdim edilən qanun layihəsi Əmək Məcəlləsinin IV və V bölmələrində müəyyən edilmiş ümumi normaların aviasiya sahəsinə tətbiqini istisna edilməsi və ayrıca maddələr ilə tənzimlənməsi məqsədini daşıyır.

Sənədin qəbul edilməsi ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təyyarə üçün kommersiya hava daşımalarını həyata keçirən hava gəmisi heyətinin yorğunluğunun idarəedilməsi ilə əlaqədar uçuş vaxtı, iş vaxtı və istirahət vaxtının tənzimlənməsinə dair qaydaların təsdiq edilməsi gözlənilir.

Qanun layihəsinə təklif edilən dəyişikliklər birinci oxunuşda səsə qoyularaq təsdiq edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: