Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin Menecment ixtisası üzrə 3-cü kurs tələbələri Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində istehsalat təcrübəsində iştirak edirlər. Nazirliyin əməkdaşları tərəfindən keçirilən təcrübə dərslərində tələbələrə Vergilər Nazirliyində tətbiq edilən Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) iş prinsipi, verginin muxtar respublika iqtisadiyyatındakı rolu, vergi dərəcələri, vergi nəzarəti tədbirləri haqqında geniş məlumatlar verilir.
İstehsalat təcrübəsində tələbələr həm praktiki biliklərini artırır, həm də vergi ödəyicilərinə və vətəndaşlara onlayn şəkildə göstərilən elektron xidmətlərlə yaxından tanış olurlar. Təcrübə dərslərinin keçirilməsi tələbələrin gələcəkdə ixtisaslı kadr kimi formalaşmasında xüsusi rol oynayır.
Qeyd edək ki, istehsalat təcrübəsi aprelin 15-dən başlayıb və mayın 31-dək davam edəcək.