Azərbaycanın biznes və investisiya imkanları “Rebuild Garabagh” sərgisində nümayiş olunur - FOTOLAR

A- A A+

6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində (“Rebuild Garabagh”) Azərbaycanın biznes və inevstisiya imkanları “Made in Azerbaijan” stendində təqdim edilir.

İqtisadiyyat Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, stenddə bir sıra yerli şirkətlər öz məhsul və xidmətlərini, o cümlədən tikinti materialları, ayaqqabı, mebel və digər sənaye məhsullarını nümayiş etdirir.

Ziyarətçilərə Azərbaycan şirkətlərinin istehsal potensialını və ixrac imkanlarını əks etdirən tanıtım videoçarxları və çap materialları da təqdim olunur. Stenddə həmçinin işgüzar əlaqələrin qurulması və potensial tərəfdaşlarla danışıqların aparılması üçün xüsusi görüş zonası yaradılıb.

Qeyd edək ki, “Rebuild Garabagh” sərgisi oktyabrın 16-dək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: