Tikinti işlərinin normaya uyğun aparılmasına nəzarət olunur - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, “Ağbulaq Xizək Mərkəzi”ndə aparılan tikinti işlərinin işçi layihə sənədlərinə və tikinti normalarına uyğun həyata keçirilməsi yoxlanılıb.

Nazirliyin  Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən tikinti işlərinin təsdiq edilmiş işçi layihələrinin  tikinti normalarına uyğun aparılması yoxlanılıb və təhlükəsizliyin təmin olunması ilə bağlı obyektin məsul şəxslərinə müvafiq tövsiyələr verilib.

Eləcə də nazirliyin əməkdaşları uzunluğu 952 metr olan kanat yolunun 1-ci və 2-ci dayaqlarının bünövrəsinin üstündə hazırlanmış dəmir-beton konstruksiya işçi layihənin konstruktiv hissəsinə uyğun yoxlanıldıqdan sonra, qəliblərə sıxılmada möhkəmlik həddinə görə B 30 sinifli betonun tökülməsi prosesində iştirak ediblər. Beton qarışığından nümunələr götürülüb. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: