AQEM digər dövlətlər üçün də cəlbedici platformadır. Bir sıra ölkələr təşkilata qoşulmaqda maraqlıdır. Artıq Laos da AQEM-in üzvüdür.
NUHÇIXAN xəbər verir ki, bu sözləri AQEM-in Baş katibi Kayrat Sarıbay Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı söyləyib.
Onun fikrincə, Astana Bəyannaməsindən sonra bir çox inkişaf müşahidə olunub. AQEM daha da yetkinləşib və institusional inkişafını davam etdirir. Üzv dövlətlərin imkanları, siyasi bəyannamələr və Müşavirənin qəbul etdiyi sənədlər bunun böyük əhəmiyyət daşıdığını göstərir.
