Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, “1 iyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Komitə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirib.
Komitənin və nazirliyin əməkdaşlarından ibarət könüllülərdən hemofiliyalı və talassemiyalı uşaqlara köçürülmək üçün ümumilikdə 10 litrə yaxın qan toplanılıb.
Qanvermə aksiyasının keçirilməsində əsas məqsəd muxtar respublikada yaşayan irsi qan xəstəliyi olan sağlamlıq imkanları məhdud uşaqlara yardım göstərmək, onlara dəstək olmaqdır.