Azərbaycan Astanada türk dövlətlərinin media sahəsi üzrə rəhbər şəxslərinin görüşündə təmsil olunur - FOTOLAR
Astanada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin media və informasiya sahəsinə məsul nazirlərinin və yüksəkvəzifəli rəsmilərinin VIII görüşü keçirilir.
NUHÇIXAN xəbər verir ki, tədbirdə Azərbaycanı Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov təmsil edir.
İclasda Qazaxıstanın mədəniyyət və informasiya nazirinin birinci müavini Kanat İskakov, TDT Baş katibinin müavini Ömər Kocaman, həmçinin Qırğızıstan, Türkiyə və Özbəkistanın nümayəndələri iştirak edirlər.
İştirakçılar informasiya sahəsində əməkdaşlığın inkişafı və türk dövlətləri arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi məsələlərini müzakirə edirlər.
Proqrama əsasən, iclasın yekununda birgə kommünikenin və 2027-ci il üçün fəaliyyət planının qəbul edilməsi nəzərdə tutulur.