15 oktyabr 2026-cı il tarixində Bakı şəhərində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısı keçirildi. Bu birliyə üzv olan ölkələr, məhz Azərbaycan Respublikasının əlaqələndirici rolu ilə iqtisadi əməkdaşlıq sahəsində çoxistiqamətli perspektivlərini müzakirə etmək, daha yeni istiqamətlərin yol xəritələrini müəyənləşdirmək və ortaq işbirlikləri müstəvisində təkliflərini ortaya qoymaq imkanı əldə etmiş olurlar. Azərbaycanın sədrliyi ilə qərarlaşan bu Zirvə Toplantısı, mahiyətinə, əhatəsinə və statusuna görə, Asiya ölkələri arasında siyasi dialoqla yanaşı, nəqliyyat, ticarət, investisiya, rəqəmsallaşma və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından da əhəmiyyətlidir. Ölkəmiz, 2024–2026-cı illər üzrə sədri olduğu müddətlər ərzində, bəhs olunan bütün istiqamətlər üzrə səmərəli əməkdaşlıq mühitinin yaradılmasını təminat yaratmış, xüsusilə də, beynəlxalq iqtisadi münasibətlərin hərəkətverici qüvvəsi olan potensial formalaşdırmışdır. Buna görə də, 15 oktyabr 2026-cı ildə Bakı şəhərində baş tutan 7-ci Zirvə Toplantısında ölkəmizin sədrliyinin daha iki il uzadılması dəstəklənib. Buna görə də, qarşıdakı illər ərzində də, ölkəmiz təhlükəsizlik, bağlantılar, qarşılıqlı layihələrin reallaşması və digər istiqamət sahəsində daha uğurlu nəticələr əldə edəcəkdir. Geridə qalan müddətlər ərzində ölkəmizin AQEM-ə rəhbərliyi müddətlərində üzv ölkələr arasında qarşılıqlı etimad mühitinin gücləndirilməsi, çoxistiqamətli təhlükəsizlik imkanlarının şaxələndirilməsi, dayanıqlı iqtisadi münasibətlər üçün müvafiq resurslardan səmərəli və məqsədyönlü istifadə olunması məsələlərinə öz töhfəsini vermişdir.
Həmin müddətlər ərzində, Azərbaycan Respublikası, eyni zamanda, ərazi bütövlüyünü təmin edən, tarixi suverenliyini bərqərar edən və bütün tərəflərinə görə Zəfər qazanan ölkə olaraq, bir model təqdim etmiş, siyasi və iqtisadi müstəqilliyini möhkəmləndirən, sosial dayanıqlığını təkmilləşdirən, bu sahələr üzrə davamlı islahatlar müstəvisində yeniliklərin müəllifi olan qüdrətli dövlət kimi milli və beynəlxalq iqtisadiyyatlar üçün Yol Xəritəsi müəyyən etmişdir. Məhz buna görə də, qarşıdakı iki il müddətində ölkəmiz qarşılıqlı etimadın, etibarlı təhlükəsizliyin və dayanıqlı əməkdaşlığın hərəkətverici qüvvəsi olacaq təşəbbüslərə yer vermiş olacaq. Ölkəmiz, sülhün, inkişafın, keyfiyyətin, perspektivlərin, islahatların, innovativ iqtisadiyyatın, uzunmüddətli prioritetlərin, faydalı təşəbbüslərin hər bir ölkə üçün səmərəli olacağına tərəfdar olan, bu nəticənin resurs mənbəyini müəyyən edən və məhsuldar işbirliyinin əsaslarını yaradan mərkəz olaraq qərarlaşmışdır.
Konkret olaraq qeyd etmək olar ki, müasir iqtisadi, hüquqi, sosial, mədəni, coğrafi üstünlüklər baxımından AQEM-in əsas məqsədinin:
- Asiyada etimadın möhkəmləndirilməsindən;
- təhlükəsizliyin təşviqindən;
- dövlətlər arasında qarşılıqlı əməkdaşlıq üçün ortaq platformanın formalaşdırılmasından ibarət olduğunu görməkdəyik. Burada, üzv ölkələrin hər birinin dayanıqlı və etibarlı iqtisadi inkişaf sahəsindəki məqsədlərinin, onların təhlükəsizlik sahəsindəki hədəflərinin, daha səmərəli, daha effektiv və daha məhsuldar iqtisadi inkişaf üçün fəaliyyət mühitinin tərəfdarı olduğuna şahid olmaqdayıq. Eyni zamanda, aydın olur ki, ölkələrin milli iqtisadiyyatlarının dünya iqtisadiyyatına inteqrasiya proseslərinin düzgün müəyyən olunması sahəsində mühüm idarəetmə məhz ölkəmiz tərəfindən həyata keçirilməkdədir. Buna görə də, təşkilat, iqtisadi inteqrasiyanı ənənəvi qaydada, vahid bazar və ya gömrük ittifaqı yaratmaqla deyil, həm də üzv dövlətlər arasında qarşılıqlı dialoqu, birgə təşəbbüsləri və müştərək faydalı layihələri inkişaf etdirməklə dəstəkləyir.
Qeyd etmək olar ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi məlumatlarında AQEM-in 28 üzv dövlətinin olması görünür. Bakı şəhərində reallaşmış olan Zirvə Toplantısında Müzəffər Ali Baş Komandanımız tərəfindən gündəlikdə olan məsələlər içərisində Laosun üzvlüyə qəbul olunması barədə qərarın elan olunduğuna görə, Zirvə Görüşündən sonra üzvlərin sayı 29 olmuşdur. Diqqət etdikdə aydın olur ki, AQEM-də təmsil olunan ölkələr içərisində, ölkəmizlə Türk Dövlətləri Təşkilatı, Mərkəzi Asiya Ölkələri, makro və meqaiqtisadi laihələrdə işbirliyi çərçivəsində təmsil olunan ölkələrin olduğunu görməkdəyik. Strateji layihələrin, xüsusilə də, neft və qeyri-neft bölməsinin perspektivliliyi sahəsində, ən başlıcası, yeni iqtisadi prioritetlər istiqamətində qərarlaşan süni intellekt, rəqəmsal iqtisadiyyat, ağıllı idarəetmə konsepsiyaları çərçivəsində əməkdaşlıq etdiyimiz ölkələrin bu birlikdə təmsil olunduğunu bildirmək olar. Bu ölkələr, hətta Orta Dəhliz layihələri çərçivəsində Çindən Avropaya qədər uzanan marşrut boyunca beynəlxalq münasibətlərin olduqca mühüm tərəflərini özündə əks etdirməkdədir. Eyni zamanda, “Əsrin Müqaviləsi”ndən üzübəri ölkəmizin qlobal təşəbbüslərinə xas olan dəyərlər əsasında müəllifi olduğu layihələrin dəstəkçisi olan ölkələr də yer almaqdadır. Üzvlər içərisində, Türkiyə, Çin, Pakistan, Özbəkistan, Qırğızıstan, Tacikitan, Qazaxıstan, Rusiya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Şri-Lanka və digər ölkələrin olması, bütünlükdə, iqtisadi əhəmiyyətli dünya layihələrinin reallaşması proseslərində Azərbaycan Respublikasının əlaqələndirici rolunun nə qədər əhəmiyyətli olduğnu bir daha göstərmiş olur. Həmçinin, buradan bir daha aydın olur ki, Azərbaycan Respublikası tərəfindən mərkəzi idarəetmə mexanizmləri əsasında reallaşan tədbirlər, ölkələrin milli iqtisadiyatları üçün çoxistiqamətli nailiyyətlərinə görə seçilməkdədir. Bu mənada, AQEM çərçivəsində əsas iqtisadi əməkdaşlıq sahələri milli iqtisadiyyatlar üçün uzunmüddətli perspektivlər vəd etməkdədir. Xüsusilə də, bu mötəbər qrumun üzvü olan dövlətlərin hər birində təbii ehtiyatların, istehsal perspektivlərinin, texnologiya məsələlərinin, maliyyə kapitalının, əmək bazarının və coğrafi mövqelərinin hər biri bir-birindən fərqləndiyini, buna görə də, milli iqtisadi əməkdaşlıqlar üçün çoxşaxəliliyin yarandığını bildirmək olar. Həmin müxtəlifliklər, qarşılıqlı ticarət əlaqələrinin və beynəlxalq iqtisadi əməkdaşlığın şaxələndirilməsi üçün zəminlər açmaqdadır.
Bəhs olunan perspektivlərin əsasən, nəqliyyat, logistika və tranzit dəhlizlərinin yaratmış olduğu səmərəlilikdə daha aydın olaraq görmək olar. Bu sahənin iqtisadi baxımdan səmərəli olan istiqamətlərinə dəmir yollarının, avtomobil kəmərlərinin, limanların, logistika mərkəzlərinin və multimodal daşımaların inkişafının aid olması perspektililiyi daha da artırır. Təbii olaraq, bu, həm etibarlı infrastruktur təsisatlarının yaradılması, həm, resurslardan ortaq istifadənin mümkün olması, həm də, zəruri əməkdaşlıq istiqamətlərinin müəyyən olunması baxımından olduqca əhəmiyyətlidir. Eyni zamanda, burada, Orta Dəhlizin yaradığı imkanların, Xəzər dənizi üzərindən yükdaşımaların və Asiya ilə Avropa arasında nəqliyyat əlaqələrinin genişləndirilməsinin milli iqtisadiyyat üçün əhəmiyyətinin yüksək olduğunu qeyd etmək olar. Həmin mexanizmlər, bütünlükdə, Azərbaycan Respublikası üçün xüsusi əhəmiyyətə malik olmaqdadır. Bu sferada, gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsal tranzit sənədlərinin tətbiqi də olduqca əhəmiyyətlidir.
Yaranmış münasibətlər müstəvisində, ölkəmiz, xarici ticarətin şaxələndirilməsinə, həmçinin, sənaye kooperasiyasının təşkil olunmasına öz töhvəsini verməkdədir. Belə ki, üzv ölkələr içərisində, qeyri-neft məhsullarının, sənaye avadanlıqlarının, kimya məhsullarının, kənd təsərrüfatı mallarının və istehlak məhsullarının ticarəti genişləndirilə bilər. Birgə istehsal müəssisələri, sənaye parkları, ixrac yönümlü istehsal və regional təchizat zəncirləri əməkdaşlığın praktik nəticələrini artıra bilər. Məhz AQEM artıq yeni keyfiyyət mərhələsində qeyd olunan istiqamətlər üzrə əsaslandırılmış işbirliyi mühitinin yaradılmasına töhvələrini verməkdədir.
Yeni iqtisadi prioritetlərin müəyyən olunması, iqtisadi diversifikasiyanın təşəkkülü və əlçatan olması, xüsusilə də, bu çərçivədə, enerji və yaşıl iqtisadiyyat amillərinin diqqətdə saxlanılması, bu mötəbər qurumun nailiyyətləri içərisində yerini almaqdadır və üzv ölkələrin milli iqtisadiyyatları üçün olduqca aktual hesab oluna bilər. Xüsusilə də, ölkəmiz üçün beynəlxalq əməkdaşlıq sahəsində prioritet hesab olunan neft və təbii qaz tədarükü, elektrik enerjisi bağlantıları, bərpaolunan enerji, enerji səmərəliliyi və yaşıl texnologiyalar əməkdaşlıq üçün mühüm imkanlar açmaqdadır. Bildirmək olar ki, Azərbaycan, Qazaxıstan, Çin, Hindistan və digər üzv ölkələrin enerji sahəsində fərqli potensialı qarşılıqlı layihələrin inkişafına şərait yarada bilər.
İqtisadi inkişafın indiki mərhələsində ölkələrin milli iqtisadiyyatları üçün, xüsusilə də, ölkəmizin yeni iqtisadi prioritetləri içərisində investisiya idarəetməsinin və bu sahədə, dövlət–özəl tərəfdaşlığının olduqca zəruri tərəflərini qeyd etmək olar. Bütün bu qeyd olunanlar müstəvisində infrastruktur, sənaye, logistika, turizm, kənd təsərrüfatı və rəqəmsal iqtisadiyyat layihələrinə investisiyaların cəlb olunması mühüm istiqamətdir. İşbirliyi əsasında, investisiya fondları, layihələrin maliyyələşdirilməsi, kiçik və orta sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və dövlət–özəl tərəfdaşlığı, iqtisadi münasibətlərin dərinləşməsinə dəstək ola bilər.
Azərbaycan Respublikası milli iqtisadi quruculuq proseslərinin elmi əsaslar müstəvisində yeni prioritetlər üzrə rəqəmsal iqtisadiyyat və innovasiyalara etibar edən idarəetmə mühitinin yaradılması sahəsində mühüm nəicələr əldə etmişdir. Məhz AQEM səviyyəsində bu sahədə təcrübə mübadiləsinin həyata keçirilməsi, islahatyönümlü yeniliklərin reallaşması olduqca mühüm nəticələrinə görə seçilməkdədir. Bu sfera istiqamətində elektron ticarət, rəqəmsal gömrük, süni intellekt, informasiya texnologiyaları, fintex, startaplar və innovasiya mərkəzləri daha mühüm aktuallığa malik olmaqdadır. Təbii ki, bəhs olunanlar üzrə təcrübə mübadiləsinin mümkün olması, milli iqtisadiyyatların rəqabət qabiliyyətini yüksəldə bilər. Həmin sfera, xüsusilə transsərhəd ticarət əməliyyatlarının sürətləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.
İqtisadiyyatın sahə strukturunda aktual hesab olunan sahələrin bir-biri ilə əlaqələndirilməsi, bu əsasda uzunmüddətli perspektivlərin əlçatan olması, daha faydalı hesab olunur. İqtisadiyyatın aparıcı sahələrindən biri olan kənd təsərrüfatının inkişafı və bu əsasda da, etibarlı ərzaq təhlükəsizliyinin təmin olunması məsələləri daha məhsuldar görünür. Kənd təsərrüfatının resurs təminatının gücləndirilməsi, yeni maliyyələşmə imkanlarının yaradılması və milli iqtsadi inkişafın təşəkkülü bu əsasda perspektivlidir. Aqrar texnologiyalar, suvarma sistemləri, toxumçuluq, məhsulların saxlanması, emalı və logistikasının inkişafı, AQEM ölkələri çərçivəsində təşəkkül tapan əməkdaşlığın olduqca vacib sahələrindən biri olmaqdadır. Xüsusilə də, ölkələr arasında ərzaq tədarükünün şaxələndirilməsi və aqrar məhsulların ixrac bazarlarına çıxışının asanlaşdırılması da iqtisadi dayanıqlığı gücləndirə bilər.
Qarşılıqlı əməkdaşlıqlar sahəsində turizm infrastrukturunun gücləndirilməsi, təhsil sahəsində yeni dəyərlərin nəzərə alınması və insan kapitalının inkişafı istiqamətində etibarlı ixtisaslaşma mühitinin yaradılması olduqca əhəmiyyətli hesab olunur. Turizm marşrutlarının və mobilliyinin yaradılması, hava nəqliyyatı əlaqələri, tələbə və tədqiqatçı mübadiləsi, peşə hazırlığı və menecment sahəsində bilik mübadiləsi iqtisadi əlaqələri genişləndirə bilər. İnsan kapitalına investisiya, uzunmüddətli məhsuldarlığın və innovasiya potensialının yüksəldilməsinə xidmət edir. Təbii olaraq, bəhs olunan istiqamətlər AQEM-in iqtisadi əməkdaşlıq üçün istifadə edə biləcəyi imkanları ümumiləşdirir. Təşkilatın rəsmi əməkdaşlıq gündəliyində enerji, kənd təsərrüfatı, nəqliyyat əlaqələri, elektron ticarət, infrastruktur, elm və texnologiya, maliyyə əməkdaşlığı, turizm və insan resurslarının inkişafı kimi sahələr də yer alır.
Düşünürük ki, qeyd olunan məsələlərin müzakirəsindən aydın olur ki, AQEM çərçivəsində əməkdaşlıqların yeni mərhələdə davam etdirilməsi, Azərbaycan Respublikası üçün bir sıra iqtisadi əhəmiyyətinə görə seçilməkdədir. Ölkəmizin AQEM-ə sədrliyi dövründə dayanıqlı infrastruktur təsisatları, xüsusilə, nəqliyyat və bağlantılar, rəqəmsallaşma, ətraf mühit, turizm, təhsil və elm sahələrində əməkdaşlığın təşviq olunduğu sammit, ölkəmiz üçün xüsusilə, aşağıdakılar baxımından əlverişli görünür:
- Tranzit gəlirlərinin artırılması: burada, Asiya ilə Avropa arasında yükdaşımaların genişləndirilməsi, həmçinin liman və dəmir yolu infrastrukturundan səmərəli istifadə olunması daha faydalı görünür;
- İxracın şaxələndirilməsi: xüsusilə, qeyri-neft məhsullarının yeni bazarlara çıxarılması, eləcə də, yerli istehsalçıların regional təchizat zəncirlərinə qoşulmasına zəmin yaranır;
- İnvestisiyaların cəlb olunması: əsas etibarı ilə, sənaye, logistika, yaşıl enerji və rəqəmsal infrastruktur layihələrinə xarici kapitalın yönəldilməsinə əlçatanlıq daha da artmış olur;
- Turizm əlaqələrinin şaxələndirilməsi: xüsusilə də, Asiya ölkələrindən turist axınının artırılması və birgə turizm marşrutlarının yaradılmasından ibarət olan mobillik üçün zəmin yaranmış olacaq;
- Texnologiya transferi: burada, sənaye, aqrar bölmə, elektron ticarət və dövlət xidmətlərində qabaqcıl texnologiyaların tətbiqindən bəhs oluna bilər;
Təbii olaraq, Azərbaycan Respublikasının milli iqtisadi quruculuq proseslərinin diversifikasiyayönümlü olması, AQEM çərçivəsində daha etibarlı olacaq ki, bu da, onun regional iqtisadi inkişafına əsaslı zəmin yaradacaq. Məhz bu mənada, ölkəmizin ayrılmaz tərkib hissəsi olaraq, Naxçıvan Muxtar Respublikası üçün daha əlverişli imkanlar açılacaq ki, bu da, aşağıdakılardan ibarət olacaqdır:
- İlkin olaraq, Logistika və tranzit sahəsində uzunmüddətli imkanlar açılmış olur;
- Naxçıvan Muxtar Respublikasının Türkiyə Cümhuriyyətinin və regionun digər bazarları ilə nəqliyyat əlaqələrinin şaxələndirilməsi, yükdaşıma xidmətlərinin və logistika infrastrukturunun inkişafı sahəsində səmərəlilik yaranmış olur;
- Azad İqtisadi Zonanın yaradılması və sənaye kooperasiyasının inkişafı sahəsində əhəmiyyətli mərhələ başlayacaq;
- Azad İqtisadi Zonanın yaradılması təşəbbüsü çərçivəsində investisiyanın cəlb olunması, ixracyönümlü istehsal, anbar təsərrüfatı və emal müəssisələrinin inkişafı imkanlarının müəyyən olunması faydalılığına görə seçilə bilər. Məhz bu məqsədlə, xüsusilə, hüquqi, iqtisadi və infrastrukturun əsaslandırması məqsədəuyğun hesab olunur;
- Aqrar istehsalın və emal sənayesinin yaradılması sahəsində mühüm keyfiyyət mərhələsinin yaradılması səmərəli olacaq;
- Kənd təsərrüfatı sahəsində məhsuldarlıq səviyyəsinin yüksəldilməsində yeni dinamika təşəkkül tapacaq. Burada, meyvə-tərəvəz, kənd təsərrüfatı və qida məhsullarının emalı, qablaşdırılması, saxlanması və regional bazarlara ixracı üçün əməkdaşlıq imkanlarının şaxələndirilməsinə təminat verəcək.
- yeni iqtisadi prioritetlər müstəvisində Yaşıl enerjiyə keçidin təşəkkülü mümkün olacaq;
- alternativ enerji mənbələrinn müyyən olunması, xüsusilə də, Günəş enerjisi layihələri, enerji səmərəliliyi, tarixi-mədəni turizm və regional turizm marşrutlarının inkişafı üzrə təcrübə mübadiləsinin aparılması makroiqtisadi səmrəliliyinə görə seçilmiş olacaq.
Beləliklə, Azərbaycan Respublikası AQEM-ə sədrlik çərçivəsində həm geridə qalan illər ərzində görünən işlər baxımından, həm də qarşıdakı illər üzrə reallaşacaq layihələr çərçivəsində bütün ölkələrin milli iqtisadiyyatlarına böyük töhvələr olacaq. Bu, eyni zamanda, milli iqtisadiyyatların dünya iqtisadiyyatına inteqrasiya proseslərinin daha da səmərəli qərarlaşmasına zəmin yaradacaq. Məhz dünya iqtisadiyyatı, bu əsasda daha da yeni keyfiyət mərhələsinə əsaslar əldə etmiş olacaq.
Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
