“Ehsan xan Kəngərli” tamaşası Şərur rayonunda göstərilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı Xaqani Əliyevin “Ehsan xan Kəngərli” tarixi dramı əsasında hazırladığı tamaşanı Şərur Rayon Mədəniyyət Sarayında rayon sakinlərinə təqdim edib.

“Ehsan xan Kəngərli” tarixi dramı XIX əsrin əvvəllərində Naxçıvan xanlığında baş verən ictimai-siyasi hadisələri əks etdirir. Rusiya-İran müharibəsi və Naxçıvanın ruslar tərəfindən işğal olunması əsərin əsas süjet xəttini təşkil edir.

İlk dəfə Naxçıvan teatrında səhnəyə qoyulan “Ehsan xan Kəngərli” tamaşasında Naxçıvan xanlığının düşdüyü çətin vəziyyətdən çıxış yolu axtaran Ehsan xanın siyasi düşüncələri və xüsusən ermənilərin Naxçıvana yerləşdirilməsinin qarşısını almaq üçün göstərdiyi qəhrəmanlıqlar olduqca maraq doğurur. Naxçıvanın gələcək taleyi ilə bağlı Kəngərli xanları arasında yaranan fikir ayrılığı və Ehsan xanın təşəbbüsü ələ alaraq xalqın taleyini hər şeydən üstün tutması əsərdə konfliktin gərginliyini daha da artırır.

Tamaşa Şərur rayon sakinləri tərəfindən maraqla qarşılanıb.                                  

Turab Hacızadə

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: