Parlament təsdiqlədi: Qubanın iki bələdiyyəsinin adları dəyişdirilir

A- A A+

Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir.

NUHÇIXAN  xəbər verir ki, bu məsələ parlamentin oktyabrın 16-da keçirilən iclasının gündəliyinə daxil edilmiş “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna Əlavə − “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Timiryazev-Alekseyevka bələdiyyəsi Bəhrəli-Çınarlı bələdiyyəsi adlandırılacaq. Vladimirovka bələdiyyəsinin isə Elbir bələdiyyəsi adlandırılması təklif olunur.

Sənəd layihəsinə görə, adıçəkilən bələdiyyələrin əhatə etdiyi eyniadlı ərazi vahidləri də müvafiq olaraq yeni adlarla əvəz edilir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq qəbul edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: