İntellektual Oyunlar Olimpiadasının Ordubad rayon birinciliyi keçirilib

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Ordubad Rayon Mədəniyyət Sarayında “Naxçıvan Muxtar Respublikası-95” devizi altında yeniyetmələr arasında İntellektual Oyunlar Olimpiadasının Ordubad rayon birinciliyi keçirilib.

Gənclər və İdman Nazirliyinin, Təhsil Naziliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən Olimpiadada 60-dan artıq yeniyetmə iştirak edib.

Olimpiada çərçivəsində yarışlar “Xəmsə” Milli İntellektual Oyunu, “Poliqon” Strateji İntellekt Oyunu və “Vətəni tanı” İntellektual Oyunu üzrə vahid turnir şəklində keçirilib.

“Xəmsə” Milli İntellektual Oyununun yekun nəticələrinə görə Nüsnüs kənd tam orta məktəbin “Şahinlər” komandası I, Ordubad şəhər İnternat tam orta məktəbin “Qarabağ” komandası II, Əndəmic kənd tam orta məktəbin “Alov” komandası III yerə çıxıblar.

“Poliqon” Strateji İntellekt Oyununda səsləndirilən 24 sualdan daha çoxuna cavab verən Aşağı Əylis kənd tam orta məktəbin “Şahin” komandası hamıdan yaxşı olub.  Dəstə kənd tam orta məktəbin “Əlincə” komandası  və  Ordubad şəhər 1 №-li tam orta məktəbin “Mübariz” komandası ikinci-üçüncü yerləri bölüşüblər.

“Vətəni tanı” İntellektual Oyununda Azərbaycan Respublikasının pazl şəklində olan xəritəsini daha tez və tam olaraq quran Vənənd kənd tam orta məktəbin “Zirvə” komandası qalib adını qazanıb. Yuxarı Əylis kənd tam orta məktəbin “Qartal” komandası ikinci, Kotam kənd tam orta məktəbin “Göyərçin” komandası isə üçüncü yerlə kifayətləniblər.

Sonda qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, fəxri fərmanları, oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələri təqdim olunub.

Qeyd edək ki, Olimpiadada qalib olan komandalar keçiriləcək muxtar respublika birinciliyində Ordubad rayonunu təmsil edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: