Ordubad rayonunda vətəndaş qəbulu keçiriləcək

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov oktyabrın 24-də Biləv kəndində Ordubad rayonunun sakinlərini  qəbul edəcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar oktyabrın 16-dan 21-dək Səlahiyyətli Nümayəndəliyin ([email protected]) elektron poçt ünvanına rəsmi müraciət etməklə və ya  (+994 36) 544 01 43 nömrəsinə zəng vurmaqla qeydiyyatdan keçə bilərlər.

Vətəndaşların qəbulu əvvəlcədən tərtib olunmuş qeydiyyat siyahısına əsasən həyata keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: