Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmiş şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

A- A A+

Taleh Zakir oğlu Məmmədovun qanunsuz əməlləri barədə Dövlət Gömrük Komitəsindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.

Bu barədə NUHÇIXAN-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, ibtidai istintaqla Taleh Məmmədovun 2026-cı ilin may ayında vətəndaşa məxsus tərəvəz məhsullarının Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyaya daşınması zamanı Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsində əlavə yoxlanışa məruz qalmadan maneəsiz buraxılmasının təmin edilməsi müqabilində pul vəsaiti alaraq nüfuz alveri etməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Taleh Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham elan edilməklə barəsində istintaq orqanının qərarı əsasında polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Tovuz Rayon Məhkəməsinə göndərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: