Naxçıvan şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
NUXÇIXAN-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 75-BG-367 dövlət qeydiyyat nişanlı “AzSamand” markalı avtomobil 1994-cü il təvəllüdlü Zeynalzadə Rəsul Rasim oğlunu vurub.
Xəsarət alan şəxs Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib. Vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
