Naxçıvanda zəncirvari yol qəzası olub.
NUHÇIXAN xəbər verir ki, hadisə şəhərin Topçubaşov küçəsində qeydə alınıb.
Belə ki, "Hyundai", "Audi" və iki "Kia" markalı avtomobilin toqquşması nəticəsində 5 nəfər; 2001-ci il təvəllüdlü Aysel Zeynalova, Gülyanaq Hacıyeva, 1983-cü il təvəllüdlü Zənibə Seyidova, 2008-ci il təvəllüdlü Sadiq Həsənzadə və Ülvi Quliyev xəsarət alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına çatdırılıblar.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
