Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, Culfa Rayon Mədəniyyət Sarayında Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib.
Orkestrin budəfəki repertuarına Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Asəf Zeynallı, Niyazi, Fikrət Əmirov, Tofiq Quliyev, Bəhram Nəsibov, Səid Rüstəmovun və Avropa bəstəkarları Volfanq Amadey Motsart, Pyotr Çaykovski, Ernesto Kurtisin əsərləri salınıb.
Maraqlı keçən konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.