NATO və Azərbaycan arasında hərbi əməkdaşlıq inkişaf etdirilir - FOTOLAR

A- A A+

NATO və Azərbaycan arasında hərbi əməkdaşlıq inkişaf etdirilir.

NUHÇIXAN xəbər verir ki, bu barədə İsveçin Azərbaycandakı səfirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, ötən həftə səfir Luis Morsinq Bakıda uzlaşma, əməliyyat imkanlarının artırılması və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş NATO–Azərbaycan tədbirlərində iştirak edib.

Tədbirlər çərçivəsində NATO və tərəfdaş ölkələrin hərbi qulluqçuları əməliyyat planlaşdırılması və təlimlər keçirmiş, həmçinin Azərbaycanın hərbi imkanlarının NATO standartlarına uyğunluğunun qiymətləndirilməsi istiqamətində birgə fəaliyyət göstərib.

Sözügedən tədbirlər Brunssum Müttəfiq Birgə Qüvvələr Komandanlığının müavini general-leytenant Con Mid və aviasiya komodoru Ceff Brokun rəsmi səfəri ilə yekunlaşıb.

Nümayəndə heyəti Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Baş Qərargah rəisinin müavini general-leytenant Azər Əliyev ilə görüşlər keçirib.

Səfir Luis Morsinqlə yanaşı tədbirdə iştirak edən Azərbaycanın NATO yanındakı səfiri Cəfər Hüseynzadə də regional təhlükəsizlik və sabitliyin təmin olunmasında NATO–Azərbaycan əməkdaşlığının və beynəlxalq tərəfdaşlıqların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: