Səbinə Əliyeva Almaniya səfirinə Ombudsman Aparatının fəaliyyəti barədə məlumat verib - FOTOLAR

A- A A+

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dirk Lölkenlə görüşüb.

Ombudsman Aparatından NUHÇIXAN-a bildirilib ki, görüş zamanı ombudsman qonağa insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti barədə ətraflı məlumat verib.

Müvəkkil insan hüquqları sahəsində qabaqcıl təcrübələrin öyrənilməsinin əhəmiyyətini diqqətə çatdıraraq bu istiqamətdə beynəlxalq təşkilatlarla, xarici ölkələrin, o cümlədən Almaniyanın milli insan hüquqları institutları ilə əməkdaşlıq əlaqələrinin mövcud olduğunu bildirib.

Görüşdə ombudsmanın Milli Preventiv Mexanizm mandatı çərçivəsində saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi müəssisələrə həyata keçirilən başçəkmələr və əldə olunan müsbət təcrübələr barədə qonağı maraqlandıran suallar cavablandırılıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: