Beynəlxalq Kulinariya Günündə DOST benefisiarları suşi hazırlayıblar

A- A A+

20 Oktyabr – Beynəlxalq Kulinariya Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Bakı Kulinariya Assosiasiyası ilə birgə tədbir təşkil olunub.

Mərkəzdən NUHÇIXAN-a verilən məlumata görə, Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyi (Worldchefs) və “Azərsüd”ün tərəfdaşlığı ilə baş tutan tədbir çərçivəsində Mərkəzin benefisiarlarının iştirakı ilə xüsusi master-klas təşkil olunub. Həssas qruplardan olan uşaq və yeniyetmələr peşəkar kulinarların köməyi ilə yapon mətbəxinin ənənəvi yeməyi olan suşi hazırlayıblar.

Tədbir zamanı kulinarlar iştirakçıları sağlam qidalanmanın əhəmiyyəti və qaydaları barədə məlumatlandırıblar. Tədbir boyunca Mərkəz üzvləri və Kamera orkestrinin üzvlərindən ibarət kvartetin müşayiətində musiqi nömrələri ifa edilib.

Proqramın sonunda tədbir iştirakçılarına sertifikatlar, Mərkəzin benefisiarlarına isə xüsusi hədiyyələr təqdim olunub.

Tədbirdə yerli şirkətlərin stendləri də nümayiş etdirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: