Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə edilib - FOTOLAR

A- A A+

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onyeddimərtəbəli yaşayış binasının on birinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənərək digər mənzillərə və yaşayış binasına yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 93 kvadratmetr olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 25 kvadratmetr sahədə yanıb.

Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

FHN-in qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: