Naxçıvanda sabah ənənəvi “Göycə” Festivalı keçiriləcək - VİDEO

A- A A+

NUHÇIXAN xəbər verir ki, iyunun 1-i və 2-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Komplek­sin­də növbəti “Göycə” Festivalı  keçiriləcək .

Festivalın açılışı iyun ayının 1-də saat 11:00-da olacaq.

Festivalda Naxçıvan şəhərindən, Şərur, Babək, Ordubad, Culfa və Kəngərli rayonlarından olan torpaq mülkiyyətçilərinin yetişdirdiyi müxtəlif növdə göycə məhsulları, o cümlədən hazırlanan əl işlərinin sərgi-satışı həyata keçiriləcək.

Həmçinin göycə yetişdirən fermerlər arasında “Ən yaxşı göycə” müsabiqəsi keçiriləcək, qaliblərə diplomlar və hədiyyələr təqdim olunacaq.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək builki “Göycə” Festivalı da özünün rəngarəngliyi və müxtəlifliyi ilə iştirakçılarda xoş ovqat yaradacaq.

Qeyd edək ki, Naxçıvanda ötən illərdə də “Göycə” Festivalı keçirilib. Müxtəlif Kütləvi İnformasiya Vasitələri və sosial şəbəkələrdə geniş şəkildə işıqlandırılan ənənəvi Festival Naxçıvana gələn turistlər tərəfindən də kifayət qədər maraqla qarşılanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: