Naxçıvan Bölməsində Biomüxtəliflik gününə həsr edilən konfrans keçirilib

A- A A+

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən xəbərə görə, Bioresurslar İnstitutunda 22 may-Beynəlxalq Biomüxtəliflik Gününə həsr olunan elmi konfrans keçirilib. Tədbirdə institutun direktoru, akademik Tariyel Talıbov biomüxtəlifliyin qeyd olunma tarixindən, ölkəmizdə ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Muxtar respublikanın zəngin biomüxtəlifliyinin qorunması və bərpası istiqamətində həyata keçirilən ardıcıl tədbirlər nəticəsində regionda əlverişli ekoloji mühit yaradıldığını diqqətə çatdırıb.

Bioresurslar İnstitutunda aparılan tədqiqatlar, muxtar respublikanın flora və fauna biomüxtəlifliyinə dair nəşr edilən fundamental elmi əsərlər barədə məlumat verilib, bu yönümdə qarşısında duran mühüm vəzifələrdən bəhs edilib.

Konfransda, həmçinin Bioresurslar İnstitutunun alimlərinin məruzələri də dinlənilib.

Tədbir Bioresurslar İnstitutunun, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Ekoloji Tərbiyə Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin birgə təşkilatçılığı ilə keçirilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: