Dövlət qulluqçularının iştirakı ilə seminar keçirilib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən “Ümummilli lider Heydər Əliyevin milliləşmə siyasəti, Azərbaycançılıq ideologiyası və dövlət qulluqçuları qarşısında duran vəzifələr” mövzusunda seminar olub.

Seminarda  dövlət qulluqçusu statusuna malik olan hər bir şəxsin üzərinə düşən mühüm vəzifələrdən danışılıb. Bildirilib ki, hər bir dövlət qulluqçusu “Etik davranış qaydaları haqqında” qanunun tələblərinə əməl etməli, qanununun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və etik davranış qaydalarını rəhbər tutmalıdır.

Həmçinin seminarda milli təhlükəsizliyə təhdidlər və dövlət qulluqçularının qarşısında duran vəzifələr barədə məlumat verilib. Bildirilib ki, hər bir dövlət qulluqçusu öz vəzifələrini səmərəli şəkildə yerinə yetirməyə borcludur. Dövlət qulluqçusu etik davranışı, peşəkar fəaliyyəti ilə hüquqi və fiziki şəxslərin dövlət orqanlarına inamını artırmalı və möhkəmləndirməli, dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. O, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur.

Keçirilən seminarda mövzu ilə bağlı slaydlar nümayiş olunub.

                                 

                                                    Vüsal Muradov  

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: