Ötən gün 46 cinayətin açılması təmin olunub

A- A A+

Oktyabrın 20-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 100, o cümlədən borclu şəxs qismində axtarışda olan 80 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Eləcə də ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə, dələduzluğa görə axtarışda olan 3 nəfər isə saxlanılaraq istintaqa təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Həmçinin qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən olunub. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 3 qumbara, 5 alışdırıcı, 5 tüfəng və 10 patron aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər də saxlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: