Elmi konfransda 70 -ə qədər gənc tədqiqatçı iştirak edib

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Müəllimlər İnstitutunda doktorant və magistrantların I Regional elmi konfransı keçirilib.

“Təhsil-tədqiqat-innovasiya” devizi altında keçirilən konfransda institutun rektoru Elbrus İsayev əsas strateji inkişaf hədəfi “Tədqiqat Universiteti”nə çevrilmək olan Naxçıvan Müəllimlər İnstitutunda kompleks tədbirlər həyata keçirildiyini qeyd edib. Cari tədris ilinin ikinci semestrində bu istiqamətdə bir sıra işlər görülüb. İnstitutda “Elm aylığı” keçirilib, tələbələrin elmi-tədqiqat fəaliyyətinin təşkilinin aktual problemləri müzakirə olunub, gənc doktorantlar, habelə magistrant və tələbələrin iştirakı ilə innovasiya təşəbbüskarlığının dəstəklənməsi, elmi nailiyyətlərin təqdim və tətbiq olunması mövzusunda dəyirmi masa təşkil olunub. Ümumi təhsildə kurikulum islahatları ilə bağlı konfranslar, AMEA Naxçıvan Bölməsində çalışan AMEA-nın həqiqi və müxbir üzvləri ilə görüş təşkil edilib.

Konfransın işində muxtar respublikamızda fəaliyyət göstərən ali təhsil müəssisələri və elm təşkilatlarından 70-ə qədər gənc tədqiqatçı iştirak edib.

Sonra konfransda gənc tədqiqatçıların məruzələri dinlənilib. Konfrasnda institutun tələbə elmi cəmiyyətinin XIX konfransında təqdim etdikləri məruzələrinə görə yer tutmuş tələbələr mükafatlandırılıb.

Konfrans bölmə iclasları ilə işini davam etdirib.  Sonra bölmə rəhbərlərinin hesabatları dinlənilib və onlara sertifikatlar təqdim edilib.                                                                              

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: