Tibb işçiləri maarifləndiriliblər

A- A A+

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə Ordubad rayon Mərkəzi Xəstəxanasında səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Mirtaleh Seyidov səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi sahəsində müəssisələrin hüquq və vəzifələri, dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri və onların qarşısının alınması tədbirləri ilə  bağlı  iştirakçılara məlumat verib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını əyani olaraq göstərib.

Ordubad rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin Dövlət Yanğın Nəzarəti Bölməsinin əməkdaşları baş verən yanğın hadisələrinin səbəbləri haqqında məlumat verib, dəm qazı və təbii qazın səviyyəsini ölçən cihazı iştirakçılara təqdim ediblər.

Mövzu ətrafında edilən çıxışlarda yaşayış evlərində və mənzillərində qaz və elektrik cihazlarının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasıyla bağlı məlumat verilib.      

Maarifləndirici tədbirdə əyаni vаsitələrdən istifаdə еdilib, tibb işçilərini maraqlandıran suаllаr cаvаblаndırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: