Sədərəkdə uşaqlara qayğı diqqət mərkəzindədir

A- A A+

Sədərək Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Sədərək rayon Mədəniyyət Evində tədbir keçirilib.

Komitənin mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, tədbirdə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Həbib İbrahimov və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova muxtar respublikada, o cümlədən Sədərək rayonunda uşaqlara göstərilən dövlət qayğısından danışıblar.  Qeyd edilib ki, Sədərək rayonunda bütün kateqoriyadan olan uşaqlar kimi sağlamlıq imkanları məhdud uşaqlar da diqqətdə saxlanılıb, bayram ərəfəsində onların yaşadığı ailələrə baş çəkilib, uşaqlara bayram sovqatları paylanılıb.

Sonra təşkilatçılar tərəfindən 2018-2019-cu tədris ilində Sədərək rayonu üzrə təhsil, incəsənət, idman sahələrində fərqlənən 20 uşağa fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Tədbirdə Sədərək Rayon Mədəniyyət Sarayının folklor qrupu, Sədərək rayon 1 və 2 saylı tam orta məktəblərin şagirdləri, Sədərək kənd və Heydərabad qəsəbə uşaq bağçasının balaca fidanları, Sədərək rayon Uşaq Musiqi məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: