Naxçıvanda 9 ayda 434 uşağa reabilitasiya xidməti göstərilib

A- A A+

2026-cı ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Uşaq Bərpa Mərkəzində əlilliyi olan 434 uşağa reabilitasiya xidmətləri göstərilib.

NUHÇIXAN xəbər verir ki,  barədə jurnalistlərə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Kifayət Mahmudova məlumat verib.

Bildirilib ki, Mərkəzdə əlilliyi olan uşaqların həm ambulator, həm də stasionar şəraitdə tibbi və sosial-psixoloji reabilitasiyası həyata keçirilir.

Uşaqların reabilitasiya xidmətlərinə əlçatanlığının artırılması məqsədilə “RehaBus” (Reabilitasiya Avtobusu) xidməti də fəaliyyət göstərir. Xidmət əlilliyi olan uşaqların ambulator və stasionar reabilitasiya xidmətlərindən yararlanmasına dəstək verir.

Qeyd olunub ki, həyata keçirilən tədbirlərin əsas məqsədi reabilitasiya kursuna cəlb edilən uşaqların sağlamlıq vəziyyətinin yaxşılaşdırılması, gündəlik həyat fəaliyyətinin və sosial fəallığının artırılmasına dəstək göstərilməsidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: