XII Bakı Beynəlxalq Kitab Sərgisində media tərəfdaşı olan Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) öz stendi ilə təmsil olunur.
Sərginin ilk günündə dövlət və hökumət rəsmiləri, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri AZƏRTAC-ın stendini ziyarət edərək nümayiş etdirilən əyani vəsaitlərlə tanış olublar. Stenddə agentliyin ölkənin ictimai-siyasi, iqtisadi, mədəni və beynəlxalq həyatını əks etdirən informasiya fəaliyyəti, müxtəlif sahələr üzrə hazırladığı xəbər materialları, foto və video məzmunlar təqdim edilir.
NUHÇIXAN sərgidə media tərəfdaşı kimi tədbir çərçivəsində keçirilən görüşlərin, kitab təqdimatlarının və yeniliklərin operativ işıqlandırılmasını təmin edir. Agentlik, həmçinin mütaliə mədəniyyətinin təbliği və ədəbiyyatın geniş oxucu auditoriyasına çatdırılması istiqamətində öz töhfəsini verir.
Qeyd edək ki, oktyabrın 27-dək davam edəcək XII Bakı Beynəlxalq Kitab Sərgisi nəşriyyat sahəsinin nümayəndələrini, müəllifləri və oxucuları bir araya gətirən mühüm mədəniyyət platformasıdır.
