Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, oktyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.

Komitə sədri Əjdər Əliyev iclasın gündəliyinə “Naxçıvan Muxtar Respublikasının 2023-cü il 1 avqust tarixli 26-VI QN nömrəli Qanunu ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələri haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının 2026-cı il 14 iyul tarixli 25-VII QN nömrəli Qanununda dəyişiklik edilməsi haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihələrinin birinci oxunuşda müzakirələrinin daxil edildiyini bildirib.

Komitə sədri Əjdər Əliyev və Ali Məclis Aparatının Sosial-iqtisadi və inzibati qanunvericilik şöbəsinin müdir müavini Tofiq Rəcəbli qanun layihələri haqqında məlumat veriblər.

Gündəlikdə duran məsələlərlə bağlı müzakirələr aparıldıqdan sonra qanun layihələri Ali Məclisin plenar iclasına təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: