Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağında qış mövsümündən sonra mühəndis işləri aparılır - FOTOLAR
Təsdiq olunmuş plana uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun mühəndis-istehkam hissə və bölmələri qış mövsümündən sonra müdafiə zolağında fortifikasiya qurğularının təkmilləşdirilməsi məqsədilə mühəndis işlərinin aparılmasına başlayıb.
NUHÇIXAN xəbər verir ki, daimi dislokasiya məntəqələri ilə mövqelər arasında təminat yollarının, səngərlərin, sığınacaqların, müşahidə məntəqələrinin təkmilləşdirilməsi, qış mövsümündən sonra istifadəyə yararsız daşıma və təxliyə yollarında təmir-bərpa işlərinin aparılması, müdafiənin ara boşluqlarının möhkəmləndirilməsi məqsədilə əlavə mühəndis təminatı tapşırıqları yerinə yetirilib.
Bütün növ təminatların təmin edilməsinin asanlaşdırılması məqsədilə yüksək dağlıq şəraitində yerləşən mövqelərə Əlahiddə Ümumqoşun Ordunun mühəndis-istehkam hissə və bölmələri tərəfindən yeni təminat yollarının çəkilməsi üzrə işlər hazırda davam etdirilir.
2018-ci ilin hazırlıq planına uyğun olaraq Əlahiddə Ümumqoşun Ordunun xüsusi qoşun növlərinin bölmələri praktiki və səhra vərdişlərinin artırılması məqsədilə təlim mərkəzləri və poliqonlara çıxarılıb. Bölmələr real döyüş şəraitinə yaxınlaşdırılmış mürəkkəb şəraitdə tapşırıqlara uyğun olaraq praktiki məşq etdirilib.
Bütün kateqoriyalı komandirlərin praktiki bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətdə döyüş əzminin artırılması üzrə məşğələlər keçirilir.