Respublika Kliniki Uroloji Xəstəxanasında ilk dəfə laporoskopik adrenalektomiya əməliyyatı icra olunub - FOTOLAR

A- A A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasına təqdim edilən yeni tibbi avadanlıqlar müasir cərrahi əməliyyatların icrası imkanlarını genişləndirib. Bunun nəticəsi olaraq tibb müəssisəsində ilk dəfə laporoskopik adrenalektomiya əməliyyatı uğurla həyata keçirilib.

Bu barədə NUHÇIXAN-a TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən məlumat verilib.

Bildirilib ki, arterial təzyiqi 200–220 millimetr civə sütununa qədər yüksəlməsi şikayəti ilə müraciət edən 25 yaşlı pasiyentdə (qadın) aparılan müayinələr nəticəsində sol böyrəküstü vəzinin feoxromositoması diaqnozu təsdiqlənib.

Əməliyyatdan əvvəl pasiyentin vəziyyətinin stabilləşdirilməsi və müvafiq hazırlıq tədbirləri həyata keçirilib. Daha sonra soltərəfli laporoskopik adrenalektomiya əməliyyatı uğurla icra olunub. Hazırda pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: