Gürcüstanda Azərbaycana qarşı təxribatla məşğul olan jurnalist həbs edilib

A- A A+

Gürcüstanda nəşr olunan “Asaval-Dasavali” qəzetinin əməkdaşı Domenti (Dito) Çubinidze dövlətə xəyanətdə və təxribat törətməkdə ittiham edilərək saxlanılıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğunda keçirilən brifinqdə məlumat verilib.

Bildirilib ki, Dito Çubinidze bu ilin fevral ayından müxtəlif media vasitələri və sosial platformalar vasitəsilə sistemli şəkildə yalan məlumatlar yayıb, Gürcüstanın Baş nazirinin gizli razılaşma yolu ilə Keşikçidağ məbəd kompleksinin bir hissəsini Azərbaycana verdiyini iddia edib.

Baş Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: