Ağdam, Ağdərə və Tərtərdə minalanmış bəzi sahələrin koordinatları müəyyənləşib - FOTOLAR

A- A A+

Ağdam, Ağdərə və Tərtər rayonlarında "Təhlükəsiz qayıdış: mina təhlükəsi ilə mübarizəyə dəstək" layihəsi çərçivəsində minalanmış bəzi sahələrin koordinatlarını müəyyənləşdirib.

Bu barədə NUHÇIXAN-a Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) İctimai Birliyinin sədri, layihə rəhbəri Rey Kərimoğlu məlumat verib.

Onun sözlərinə görə, həmin koordinatların növbəti mərhələdə ərazilərin mina xəritələrinə əlavə edilməsi nəzərdə tutulur:

"Layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fondunun donorluğu, ANAMA-nın tərəfdaşlığı ilə həyata keçirilir. Məqsəd əhalinin işğaldan azad edilmiş əraziyə təhlükəsiz qayıdışını təmin etməyə dəstək verməkdir. Biz azad edilmiş ərazilərdə minaya düşmüş və ya minaların basdırıldığı yerlər haqqında məlumatlı olan şəxslərin iştirakı ilə həmin yerlərin koordinatlarını ANAMA-nın təqdim etdiyi xüsusi proqram əsasında götürürük. Topladığımız bütün məlumatları sonda ANAMA-ya təqdim edəcəyik".

R.Kərimoğlu həmçinin bu işləri bundan sonra azad edilmiş digər ərazilərdə də davam etdirmək niyyətində olduğunu bildirib.

Layihənin eksperti Mirəli Hüseynov Azərbaycanda ilk təcrübə olan bu layihənin çox vacib və əhəmiyyətli olmasını qeyd edib:

"Layihə partlayıcı sursatlarla çirklənmiş ərazilərin təmizlənməsinə və yaşayış üçün təhlükəsiz yerlərə çevrilməsinə töhfə verir. Bu doğma yurdlarına qayıdan insanların həyat və sağlamlığının qorunması, o cümlədən böyük qayıdışın sürətləndirilməsi üçün önəmli bir vəzifədir. Layihənin icrasında bir çox çətinliklərlə üzləşsək də, bu cür müqəddəs vəzifənin icrasında iştirakdan qürur duyuruq. Bu layihəni dəyərli edən digər faktor layihə rəhbəri ilə yanaşı, layihənin digər iki əməkdaşının da minadan zərərçəkmiş şəxslər olmasıdır".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: