Naxçıvanda sahibkarlıq fəaliyyəti ilə bağlı 36 lisenziya verilib

A- A A+

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə 36 lisenziya verilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, verilmiş lisenziyalardan daxilolmaların məbləği ötən ilin müvafiq dövrünə nisbətən 14,6 faiz artıb.

Cari ilin 9 ayı ərzində Naxçıvan Muxtar Respublikasının müvafiq qurumlarının verdiyi 5662 icazə reyestrdə qeydiyyata alınıb, verilmiş icazələr əsasında dövlət büdcəsinə 130 min manat vəsait daxil olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: