Apreldə Naxçıvan-Bakı marşrutunda işləyən avtobuslarla 3471 sərnişin daşınıb

A- A A+

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidməti apreldə muxtar respublika əhalisinə göstərilən avtonəqliyyat xidməti səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib.

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə məxsus avtobuslarla Naxçıvan-İqdır-Naxçıvan marşrutunda gündəlik sərnişindaşıma xidməti həyata keçirilib. Sərnişinlərin rahatlığını təmin etmək üçün Naxçıvan-Bakı marşrutunda işləyən avtobuslardan birinin hər gün Şərur və Culfa avtovağzallarından yola salınması, Şahbuz və Ordubad avtovağzallarında isə bu avtobusa bilet satışı işi davam etdirilib. Apreldə bu marşrutla 3 min 471 sərnişin daşınıb.

Xidmətin reyd komissiyası tərəfindən reydlər keçirilib, şəhərdaxili və rayonlararası marşrutlarda hərəkət qrafikinə nəzarət artırılıb, qanunsuz sahibkarlıqla məşğul olan avtonəqliyyat vasitələri müəyyən edilərək tədbir görülməsi üçün onlar haqqında məlumat müvafiq təşkilatlara göndərilib. Fəaliyyətdə olan 131 marşrut xəttində 313 avtobusla rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilib, 484 taksi sərnişindaşıma xidməti göstərib.

“Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” keçirilən müşavirədə verilən tapşırıqların icrası məqsədilə “İdeyadan başlanğıca” layihəsi çərçivəsində Naxçıvan Dövlət Universitetinin (NDU) Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi və Naxçıvan Dövlət Texniki Kollecinin Yol hərəkətinin təşkili ixtisası üzrə təhsil alan tələbələrlə birgə “Nəqliyyat könüllüləri” layihəsi həyata keçirilib. Həmçinin Naxçıvan Dövlət Texniki Kollecinin IV kurs Yol hərəkətinin təşkili ixtisasında təhsil alan tələbələrin və NDU-nun III kurs Yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi ixtisasında təhsil alan tələbələrin xüsusi qrafik üzrə istehsalat təcrübələrinin keçirilməsi işi təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq, hamiliyə verilmiş ixtisaslarla işin təşkili və yeni layihələrin həyata keçirilməsi üçün ekspert qrupu və ictimai əsaslarla fəaliyyət göstərən startapların dəyərləndirilməsi mərkəzi yaradılıb, ali və orta ixtisas təhsili müəssisələri ilə qarşılıqlı tədbirlər planı hazırlanaraq təsdiq edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: