Dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxs xilas edilib - FOTOLAR
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonundakı Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
Bu barədə NUHÇIXAN-a nazirliyin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.
Dalğıclar tərəfindən həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan şəxs Dənizkənarı Bulvar İdarəsinin Mühafizə xidmətinin əməkdaşının və yardım məqsədilə əvvəlcədən suya girmiş vətəndaşın iştirakı ilə xilas edilib