Energetika naziri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib - FOTOLAR
Energetika naziri Pərviz Şahbazov Naxçıvan şəhərində vətəndaşlarla görüşüb.
Energetika Nazirliyindən NUHÇIXAN-a bildirilib ki, görüşdə vətəndaşların elektrik enerjisi və qaz təchizatı, elektrik şəbəkəsinə qoşulma, elektrik verilişi xətlərinin mühafizə zonası, işlə təminat və digər məsələlərə dair müraciətləri dinlənilib. Qaldırılan məsələlərin mövcud qanunvericiliyə uyğun şəkildə araşdırılması və operativ həlli məqsədilə müvafiq tapşırıqlar verilib.
Nazirliyin aidiyyəti struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda Babək, Sədərək, Şərur rayonlarından və Naxçıvan şəhərindən olan 15 vətəndaş iştirak edib.