Parlament aqrar sahə ilə bağlı bir sıra qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqləyib

A- A A+

Mülki Məcəllədə, “Kredit ittifaqları haqqında”, “Büdcə sistemi haqqında”, “Fitosanitar nəzarəti haqqında” və “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunlara təklif edilən dəyişikliklər birinci oxunuşda təsdiqlənib.

NUHÇIXAN  xəbər verir ki, bu məsələ Milli Məclisin oktyabrın 23-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi "Aqrar sahə haqqında" qanun layihəsinə uyğun olaraq hazırlanıb. Onun normalarının, o cümlədən həmin qanunda istifadə olunan anlayışların müvafiq sahəvi qanunlarda əks etdirilməsi məqsədi daşıyır.

Belə ki, Mülki Məcəllədə "kənd təsərrüfatı kooperativi" anlayışı "aqrar kooperativ" anlayışı ilə, "kənd təsərrüfatı məhsulları" anlayışı "aqrar məhsullar" anlayışı ilə əvəz edilir. "Büdcə sistemi haqqında" Qanuna "aqrar subsidiya" anlayışı daxil edilir. Bitkiçilik və bitki sağlamlığı ilə bağlı məsələlərin "Aqrar sahə haqqında" qanun layihəsinin 4-cü fəslində tənzimlənməsi ilə əlaqədar "Fitosanitar nəzarəti haqqında" Qanunun "fitosanitar xidməti" ilə bağlı bir sıra müddəaları, o cümlədən müvafiq anlayış və fəsil ləğv olunur. "Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Qanunda da bir sıra terminoloji dəyişikliklər edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: