Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunda soyuducu anbarda baş verən bədbəxt hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb.
NUHÇIXAN xəbər verir ki, hadisə rayonun İbadulla kəndində qeydə alınıb.
Məlkumata görə, kənddəki soyuducu anbardakı yük rəfləri aşıb və iki nəfər kartof yüklərinin altında qalıb.
Hadisə nəticəsində 1963-cü il təvəllüdlü Rüqayyə Nurəli qızı Məmmədova ölüb, Səidə Əsgər qızı Zamanova (1976) isə xəsarət alıb. O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Şərur rayon prokurorluğunda araşdırma aparılır.
