Operativ vergi nəzarəti tədbirləri görülür

A- A A+

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin  mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə, nazirlik və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər aparılıb, 5 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilərək müvafiq tədbirlər görülüb.

Operativ vergi nəzarəti tədbirləri zamanı 4 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması müəyyən edilib.  Keçirilən nəzarət tədbirləri zamanı səyyar ticarətlə məşğul olan 1 şəxsin vergi orqanında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb və həmin şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

Vergilər Nazirliyi tərəfindən  müvafiq icra hakimiyyəti orqanları ilə birgə 73 işəgötürəndə aparılmış araşdırmalar zamanı 141 yeni əmək müqaviləsinin bağlanmasına nail olunub

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: