Zəngəzur Milli Parkında Qafqaz bəbirinin ana və üç balasının görüntüləri qeydə alınıb.
NTV xəbər verir ki, görüntülər IDEA Kampaniyasının rəsmi sosial media hesablarında paylaşılıb.
Paylaşımda bildirilib ki, kadrlarda nadir vəhşi heyvanın balaları ilə birlikdə təbii mühitində hərəkət etdiyi anlar əks olunub.
Qafqaz bəbirinin balaları ilə birlikdə görüntülənməsi bu nadir növün qorunmasının və təbii yaşayış mühitinin mühafizəsinin əhəmiyyətini bir daha diqqətə çatdırır.
