Cənnətin yerdəki əksi - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər veri ki, son vaxtlar sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasının turizm imkanları ilə bağlı çoxlu video və fotolar  paylaşılır. Bu iş gəncləri, xüsusilə də həmin kəndlərin sakinlərini daha çox maraqlandırır. Gənc fəal Zülfüqar Qurbanlı adlı instagram istifadəçisinin öz şəxsi hesabında Naxçıvanın turizm bölgələrindən biri olan və gözəl istirahət məkanı kimi tanınan, füsünkar təbiətə malik Şahbuz rayonunun Kükü kəndi ilə bağlı paylaşdığı foto və videolar da böyük maraqla izlənilib.

Paylaşdığı video və şəkillərdə Kükü təbiətinin gözəlliyini, mənzərəsini, oranın gur bulaq şəlaləsini cənnətin yerə yansıması kimi təsvir edən Zülfüqar Qurbanlı bütün bunlarla yanaşı həm də kəndin turizm potensialını sosial şəbəkə hesablarında izləyicilərinə təqdim edir. İstifadəçinin öz şəxsi hesabı ilə yanaşı Naxçıvantv.az instagram  hesabına göndərdiyi foto və videoların da izlənmə sayı kifayət qədər çoxdur. Kükünün füsunkar təbiətini izləyənlər  həmin paylaşımalara laqeyd yanaşa bilmir və təəssüratlarını xoş şərhlərlə bildirirlər.

 

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: