Naxçıvanda iki avtomobil toqquşub, 6 nəfər xəsarət alıb

A- A A+

Naxçıvan-Şahbuz magistralının Babək rayonunun Vayxır kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

NUHÇIXAN xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 6 nəfər - 1986-cı il təvəllüdlü Gülay Abbasova, 2017-ci il təvəllüdlü İsa Nağıyev, 2004-cü il təvəllüdlü Sevinc Hacıyeva, 1985-ci il təvəllüdlü Gülnar Hacıyeva, 1982-ci il təvəllüdlü Namiq Hacıyev və 2003-cü il təvəllüdlü Cəmil Nağıyev xəsarət alıb.

Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: