Naxçıvanda dövlət əmlakının icarəsindən büdcə daxilolmaları 52,7 faiz artıb

A- A A+

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz dövlət əmlakının icarəyə verilməsinə dair 150 yeni müqavilə bağlanılıb.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN-a bildirilib ki, yeni bağlanılan müqavilələrin 94-ü qeyri-yaşayış, 56-sı isə torpaq sahələrinə aid olub. 185 icarə müqaviləsinin müddəti uzadılıb.

Ötən 9 ay ərzində qüvvədə olan icarə müqavilələri üzrə dövlət büdcəsinə, ümumilikdə, 754,5 min manat vəsait daxil olub ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 52,7 faiz çoxdur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: