Kəngərli rayonunda “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə tədbir

A- A A+

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN-a verilən xəbərə görə Kəngərli Rayon İcra Hakimiyyəti ilə birgə “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Kəngərli rayon Mədəniyyət Evində tədbir keçirilib.

Tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov muxtar respublikada, həmçinin Kəngərli rayonunda uşaqlar üçün yaradılan şəraitdən və  son illərdə görülən işlərdən danışıb.  

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova muxtar respublikada uşaqların təlim-tərbiyəsi, onların istedadlarının üzə çıxarılması, sağlamlıqlarının qorunması, həmçinin milli ruhda böyüməsi ilə yanaşı dünyagörüşünün genişlənməsi  istiqamətində aparılan işləri qeyd edib.

Həmçinin Kəngərli rayonunda yaşayan sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, onların təhsili və reabilitasiyası,valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, aztəminatlı ailələrdən olan uşaqlar, onların asudə vaxtlarının səmərəli təşkil olunması üçün görülən işlər barədə söz açılıb.

Sonra təşkilatçılar tərəfindən 2017-2018-ci tədris ilində Kəngərli rayonunda təhsil, incəsənət, idman sahələri üzrə fərqlənən 16 uşağa fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Tədbirin bədii hissəsində uşaqlar  konsert proqramı ilə çıxış ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: