Özünəqulluq qabiliyyəti olmayan 700-dən çox əlilliyi olan şəxs dövlət himayəsində yaşayır

A- A A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisəsi və psixonevroloji sosial xidmət müəssisələrində xəstəlik və əlilliklə əlaqədar özünəqulluq qabiliyyəti olmayan 725 əlilliyi olan şəxs yaşayır. Onlardan 386-sı kişi, 339-u isə qadındır.

Bu barədə NUHÇIXAN-a Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, həmin müəssisələrdə əlilliyi olan şəxslərə fərdi qayğı planı əsasında stasionar formada xidmət göstərilir. Benefisiarlar sosial-məişət, tibbi-sosial, sosial-psixoloji, sosial-hüquqi və sosial-mədəni xidmətlərə cəlb olunurlar.

Bununla yanaşı, sakinlərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün müxtəlif tədbirlər, gəzintilər və ekskursiyalar təşkil edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: