Sədərəkdə şahmat yarışı olub - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki,  Şahmat Federasiyasının Sədərək rayon bölməsinin və Rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə Şahmat Federasiyasının tədbirlər planına uyğun olaraq 28 May Respublika Günü münasibətilə Kəngərli, Şərur və Sədərək  rayonları arası komanda yarışı keçirilib. Komandaların tərkibində 2 qız 4 oğlan olmaqla 6-şahmatçı iştirak edib.

Gərgin keçən idman mübarizəsinin sonunda Şərur rayon komandası 1-ci, Kəngərli rayon komandası 2-ci,  Sədərək rayon komandası isə 3-cü yerə çıxıblar. Qalib  komandalar təşkilatçılar tərəfindən qiymətli hədiyyə və diplomlarla mükafatladırılıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: